Əsas Səhifə > Siyasət / Manşet > "Bəs, necə olur ki, onlar В«qaz xəttiВ»nin üstündə yerləşmirlər?"

"Bəs, necə olur ki, onlar В«qaz xəttiВ»nin üstündə yerləşmirlər?"


23-01-2019, 11:43
"Bəs, necə olur ki, onlar В«qaz xəttiВ»nin üstündə yerləşmirlər?"
Yenə 20 yanvar qətliamının ildönümü oldu – millət yenə Şəhidlər Xiyabanına axışıb, şəhidlərin əziz xatirəsinə ehtiramını alqırmızı qərənfillərlə ifadə etdi. Yerli KİV-in yazdığına görə, ziyarətə gələnlər arasında “Azəriqaz”ın rəhbərliyi də olub – sağ olsunlar, zəhmət çəkiblər, amma…

Əmması xeyli kədərlidir. Məsələ belədir ki, üstündən bir gün keçmiş 20 Yanvar əlili, Yeni Günəşli sakini Bədəlov Səttar Yunuç oğlu В«AzPolitika.infoВ»ya zəng vurub, В«AzəriqazВ»ın Suraxanı rayon şöbəsi əməkdaşlarının В«özbaşınaВ» davranışından necə əziyyət çəkdiyindən uzun-uzadı danışdı və redaksiyaya bir dəstə rəsmi sənəd təqdim elədi.

В«Sizdən xahiş edirəm, bu sənədlərlə tanış olun və əsasında tutarlı bir məqalə dərc edin, qoy dövlət və hökumət rəhbərləri bilsinlər ki, qudurğan məmurlar vətəndaşların başına hansı oyunları açırlar? Baxın, “Azəriqaz”ın rəhbərləri 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına gəlir – məzarlar üzərinə qərənfil düzür, amma tabeliyində olan xırda məmurlar 20 Yanvar əlilini məhkəmyə çəkir, qanunsuz iddiaları ilə ona əzab verirlər. Odur ki, mən, onların səmimiyətinə inana bilmirəm! Yəni mənim günahım ondan ibarətdir ki, həmin qanlı yanvar gecəsi ölməyib, sağ qalmışam?…»

20 Yanvar əlili Bədəlov Səttar В«AzəriqazВ»ın qanundankənar davranışı, başqa sözlə, onun əməkdaşlarının В«ördək ovuВ» barədə Suraxanı rayon İcra Hakimiyyətinə şikayət məktubu da göndərib…

Bəs, Bədəlovun şikayəti və В«AzəriqazВ» Suraxanı rayon şöbəsinin qanunsuz В«ördək ovuВ» (iddiası) mahiyyət etirbarilə, nədən ibarətdir? Bədəlovun müraciətindən aydın olur ki, onun Yeni Günəşlidə şəhid ailələri və əlillər (20 Yanvar və müharibə əlilləri) üçün dövlət tərəfindən ayrılmış ticarət cərgəsində balaca bir köşkü var ki, orada meyvə-tərəvəz satmaqla, ailəsini dolandırır. Köşkün qoyulması üçün Suraxanı rayon İcra Hakimiyyəti Bədəlova yerin ayrılması barədə müvafiq sərəncam verib (11.04.1997 il). Sərəncam aidiyyəti qurumların hamısı (В«AzəriqazВ», В«AzərsuВ», işıq şəbəkəsi və s.) ilə razılaşdırılıb (sənəddə dərkənarlar var). Köşk 1997-ci ildən fəaliyyət göstərir…
İndi, 21 ildən sonra В«AzəriqazВ»ın В«ördək ovçuВ»ları kəsdiriblər qapını ki, sənin köşkün qaz xəttinin üztündə qurulub – sökməlisən! Belədə, məntiqi sual yaranır: Bəs, 21 ildir, bu В«ördək ovçularıВ» görəsən hara baxırmışlar? Digər tərəfdən, sözügedən ticarət cərgəsində Bədəlovun köşkündən savayı 15-ə yaxın digər köşk yerləşir (bu, şəkildən aydın görünür). Bəs, necə olur ki, onlar В«qaz xəttiВ»nin üstündə yerləşmirlər?

Bədəlovun müraciəti əsasında rayon İcra Hakimiyyətinin nümayəndələri В«ördək ovçularıВ» ilə əraziyə birgə baxış keçiriblər. Məlum olub ki, Bədəlovun köşkü qaz xəttindən 4,5 metr aralıdır! Belədə, başqa bir sual yaranır: В«AzəriqazВ» əməkdaşlarının məqsədi (umacağı) nədir – Bədəlova nə veriblər ki, indi ala bilmirlər?

Həm də В«ördək ovçularıВ» nə üçün, təkcə Bədəlovun yaxasından və məhz indi yapışıblar? Bu barədə Bədəlov özü danışır: В«Onlar növbəti dəfə ərazini dolaşan zaman mən köşkümdə olmamışam. Görünür, digər köşk sahibləri В«ovçuВ»larla В«şirin danışıb, anlaşıblarВ», olmamışam deyə, məndən В«ağzı əyriВ» qalıblar… indi qalmışam məəttəl – dərdimi kimə deyim, köməyi kimdən istəyim? Ümidim bircə hörmətli Prezidentə qalıb, amma belə xırda məsələ ilə bağlı onun qiymətli vaxtını almağa da utanıram. Odur ki, elə bu qəzet vasitəsilə hörmətli Prezident İlham Əliyevə üz tuturam: Cənab Prezident, məni, В«AzəriqazВ» qoçularının hücumlarından qorumağınızı xahiş edirəm!В».(AzPolitika.info)

Geri qayıt