Əsas Səhifə > Siyasət / Manşet > “Baku Medical Plaza”nın həkimi Günel Məmmədlidən ŞİKAYƏT
“Baku Medical Plaza”nın həkimi Günel Məmmədlidən ŞİKAYƏTBu gün, 16:50 |
“DrGünelMammadli” adı ilə tanınan həkim otoplastika əməliyyatından sonra pasiyent fəsadlarla üzləşdi ! XALQ məlumat verir ki, sosial şəbəkələrdə “DrGünelMammadli” adı ilə tanınan və hazırda “Baku Medical Plaza”da fəaliyyət göstərən otoplastika həkimi Günel Məmmədli ilə bağlı ciddi iddialar gündəmə gəlib. Özünü zərərçəkmiş kimi təqdim edən Nərminə Həsənova bildirib ki, bir il əvvəl keçirdiyi qulaq estetikası (otoplastika) əməliyyatından sonra səhhətində ağır fəsadlar yaranıb.
Məsələ ilə bağlı Günel Məmmədlinin tibbi fəaliyyət göstərmək üçün tələb olunan rəsmi diplom, icazə və sertifikatlarının olub-olmaması hələ ki, dəqiqləşdirilməyib. İctimaiyyətin narahatlığına səbəb olan bu iddialar, xüsusilə də sağlamlıqla birbaşa bağlı olan tibbi müdaxilələr fonunda, araşdırılmağa ehtiyac duyur. Geri qayıt |