Əsas Səhifə > Siyasət / Manşet > Burda xarab məhsul satırlar, həm də...
Burda xarab məhsul satırlar, həm də...Dünən, 08:38 |
"21 aprel tarixində "Baku Electronics"dən online satış formasında telefon alınıb. Telefon 1 həftə çox az istifadə edilib ("kabro" "antiudar" alınası idi ona görə... ehtiyatlı şəkildə çox vaxt istifadə edilmədən saxlanıldı...) 1 həftə ərzində telefon öz-özünə vibrasiya verməyə başladı..." "DİA-AZ" xəbər verir ki, bu barədə Muhammed Aziz adlı sosial şəbəkə istifadəçisi "Müştəriyəm Şikayətim Var" qrupundakı paylaşımında gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "30 Apreldə servisə verildi. İndi servis qərar verib ki, telefonun zavod deffekti yoxdur... siz eləmisiniz ya telefonu götürün, krediti ödəyin, ya da cərimə ödəyin.
Biz əminik ki telefon biz tərəfdən xarab edilməyib. Ağızlarına gələni yazıblar... böhtandır əməlli-başlı...
Biz ne edə bilərik ki telefon vibrasiya versin sabahdan axşama kimi. Aydindir ki mal qüsürlü olub. İndi telefonu götürmək istəmirik... nə də ki cərimə ödəyəsi deyilik.
Baku Electronics bu məsələni həll eləsin: telefonu geri alsın, ya da sona kimi istehlakçı hüquqlarımızın ardınca gedəcəyik.
Düynanin pulun qazanırsız... xarab mal sıramayın. Heç kim dəlı deyil ki, ağrımayan başını ağrıtsın..."
Geri qayıt |