Əsas Səhifə > Şou-biznes > "Mozalan Studiyası"na yeni direktor təyin edilib
"Mozalan Studiyası"na yeni direktor təyin edilibDünən, 10:51 |
![]() Mədəniyyət Nazirliyinə məxsus "Mozalan Studiyası" MMC-yə yeni direktor təyin edilib. "Report" xəbər verir ki, bu, Rəşad Cəfərovdur. O, studiyanın rəhbərliyində Əli-Səttar Quliyevi əvəz edib. Xatırladaq ki, "Mozalan Studiyası" kommersiya qurumu kimi 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır. Şirkət süjetlər, sənədli və bədii filmlər istehsal edir. Geri qayıt |