Əsas Səhifə > Şou-biznes > Bilmirəm ki, bu havadan, sudan, qidadan və ya zəmanədəndir?

Bilmirəm ki, bu havadan, sudan, qidadan və ya zəmanədəndir?


Bu gün, 04:41

Aparıcı Aytən Səfərova valideynlərin uşaqlarını nəzarətsiz qoymasından şikayətlənib.

Axşam.az xəbər verir ki, o, bu barədə "Xəbər ertəsi" verilişində danışıb:

"Hamı oturub sosial şəbəkədə, uşağı başlı-başına buraxıb və deyir ki, zərər yoxdur, oyanamağa gedib, harda olsa indi gələcək. Daim övladı nəzarətdə saxlamaq lazımdır. Bilmirəm ki, bu havadan, sudan, qidadan və ya zəmanədəndir? Hər şeyin üstünə atırıq, öz məsuliyyətimizdən başqa. Telefonu, türk serialını da günahlandırırıq. Hər kəs günahkardır, özümüzdən başqa. İçi mən qarışıq əlbəttə ki, bəzən məndə də olur. Analar tanıyıram ki, oğlu yıxılır, başlayırlar ki, "Ay, balama nə oldu?". Biz hara gedirik? Aydındır, uşaq yıxıla-yıxıla böyüyür. Amma uşaq yıxılanda onu kim qaldırır, kömək edir və ya hara aparır, bunlara nəzarət etmək lazımdır".


Geri qayıt