Əsas Səhifə > Şou-biznes > Müğənni Mirkamil əməliyyat olundu

Müğənni Mirkamil əməliyyat olundu


Bu gün, 05:23

Uzun zamandır ürəyində problem olan gənc müğənni Mirkamil Kamilov bu gün əməliyyat olub.

"DİA-AZ" "Azxeber.com"a istinadla xəbər verir ki, Mirkamilin səhhəti ilə bağlı onun qardaşı Miribrahim Kamilov məlumat verib.

O, əməliyyatın uğurla başa çatdığını bildirib:

"Allaha şükür, əməliyyat uğurlu keçdi. Mirkamilin səhhəti də yaxşıdır. Onun üçün dua edən hər kəsə təşəkkür edirəm. İnşallah, tezliklə səhnələrə dönəcək".


Geri qayıt