Əsas Səhifə > Şou-biznes > “Bacım öldüyü günün səhəri həbsxanaya gəlmişdi”

“Bacım öldüyü günün səhəri həbsxanaya gəlmişdi”


Bu gün, 09:22

“Qardaşım həbsxanadadır. Azadlığa çıxmağına hələ 4-5 il qalıb. Allah bütün məhbusların qapısını açsın, qardaşım da onlarla bərabər. Aygünün dəfn mərasiminə icazə alıb gəlmək istəsə də onu buraxmadılar. Yəqin ki, ağır cinayətdir deyə buraxmamışdılar. Dövlətimiz bu qayda-qanunları daha yaxşı bilir. Allahın izni ilə gözləyirik ki, gəlib ailəsinə qovuşsun. Bir balası var”
Bunu Moderator.az-a açıqlamasında Aygün Bəylərin bacısı Zümrüd Hümmətova deyib. O bildirib ki, bacısı ölümündən əvvəl qardaşının yanına həbsxanaya gedib:
“Beş bacının bir qardaşıdır. Aygünlə münasibəti daha yaxşı idi. Aygün Türkiyəyə getdiyi günün səhəri qardaşımı həbsxanada ziyarət etmişdi. Qızını, evini-eşiyini ona tapşırmışdı. Demişdi ki, qızım sənə əmanətdir. Qismət belə imiş. İnanıram ki, o Aygünün qızına sahib çıxacaq. O vaxta qədər Aygünün qızı da böyüyər, universitetə daxil olar. Həyat davam edir. Vay gedənin halına. Allah bacıma rəhmət etsin” deyə o bildirib.
Zümrüd xanım bildirib ki, sənətdə ona dəstək olanlar çoxdur:
“Sosial şəbəkədə yazırdılar ki, Aygünün mahnılarını oxumayın. Etirazla qarşılayanlar var idi. Bilirsiniz ki, mahnılar da od qiymətinədir. Bu dəqiqə elə də güclü toylarım, işim yoxdur ki, pul verib alım. Mən evdə oturmuşam. Həyat yoldaşımın maaşı ilə dolanırıq. Nanə xanım efirdə məndən soruşdu ki, bəstəkarlar sizə mahnı verir? Dedim ki, xeyr, məni görəndə heç üzümə baxmırlar. Canlı efirdə dedi ki, bütün mahnılarımı ifa edə bilərsən. Onun mahnıları həzin, lirikdir. Nanə xanımın bu sözü mənə böyük dəstək oldu. O qədər bəstəkarlar mənə mahnılar göndərdi ki.. Hətta aranjimanı ilə birlikdə.. Bu günlərdə əməliyyat olunmuşdum. Yeni-yeni işlərimlə məşğul olmağa başlamışam. Bir mahnı oxumuşam, ona klip də çəkdirmək istəyirəm. Gücüm çatan qədər bu işlərlə müntəzəm olaraq məşğul olacam” deyə o bildirib.

Geri qayıt