Əsas Səhifə > Şou-biznes > İmamoğluna görə Türkiyənin tanınmış müğənnilərinə qadağa qoyuldu
İmamoğluna görə Türkiyənin tanınmış müğənnilərinə qadağa qoyulduDünən, 03:23 |
Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb həmin sənətçilərin İstanbul Böyükşəhər Bələdiyyə (İBB) sədri Ekrem İmamoğlunun həbsinə etiraz, eləcə də Saraçhane aksiyaları çərçivəsində həbs olunan gənclərə dəstək məqsədilə paylaşımlar etməsidir. Bildirilir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi hər yay təşkil olunan “Antik Tiyatro Konserleri” üçün təşkilatçı şirkətlərlə bir neçə ay öncədən razılıq əldə edib. Lakin, martın 19-da aralarında Ekrem İmamoğlunun da olduğu çoxlu sayda şəxsin həbs edilməsi konsert planlarına dəyişiklik edilməsinə səbəb olub. İddiaya görə, nazirlik nümayəndələri təşkilatçı şirkətlərlə əlaqə saxlayaraq İmamoğluna dəstək paylaşımları edən sənətçilərin konsertlərinin ləğv edilməsini və yerlərinin başqa sənətçilərlə doldurulmasını tələb ediblər. Geri qayıt |