Əsas Səhifə > Şou-biznes > "Əgər mənimlə nəyəsə görə dostluq edirsə, eləməsin"
"Əgər mənimlə nəyəsə görə dostluq edirsə, eləməsin"Bu gün, 00:12 |
"Əməkdar artist Nüşabə Ələsgərli ilə münasibətimiz var. Bir-birimizin lazım olanda yanındayıq. Amma çox yaxın deyilik. Aramızda pərdə var. Çox yaxın olanda da problemlər çıxır. Elə hamı ilə uzaqdan münasibət qurmaq yaxşıdır. Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Əməkdar artistlər Lalə Məmmədova, Abbas Bağırov, müğənnilər Zamiq Hüseynov, Xatirə İslam, Kərim Abasovla münasibətlərimiz yaxşıdır. Röya Ayxan mənimlə indiyə qədər "siz"lə danışır. O demək deyil ki, aramızda münasibət yoxdur. Sadəcə olaraq o pərdəni qoruyur. Əziz cavanlar, böyüklərlə "siz"lə danışmaq lazımdır. Oğlum mənimlə hələ də "siz"lə danışır. Qayınanam, qayınatamla 32 ildir ki, "siz"lə danışıram. Ona görə yox ki, yadıq, böyük-kiçik var. Danışıq mədəniyyəti var. Ola bilər ki, evdə valideyn deməsin. Amma bunu sizə məktəbdə mütləq müəllimlər deməlidir". Geri qayıt |