Əsas Səhifə > Şou-biznes > Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib

Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib


Bu gün, 02:57

Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib. 

Axşam.az xəbər verir ki, bu barədə deputat, ürək-damar cərrahı Rəşad Mahmudov sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, sənətçinin müalicə xərclərini Heydər Əliyev Fondu üzərinə götürüb:

“Azərbaycan mədəniyyətinin əvəzsiz simalarından biri, tanınmış sənətkar Zaur Rzayev hazırda xəstəxanamızda müalicə alır. Onun sağlamlığının bərpası üçün bütün imkanların səfərbər olunması dövlətimizin, xüsusilə də Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun diqqət və qayğısı ilə əhatələnib. Müalicə prosesi ilə bağlı Prezidentin köməkçisi Anar Ələkbərovun, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin (DGKTXİ) rəisi Ceyhun Məmmədovun, baş həkim Bəxtiyar Musayevin və bütün xəstəxana personalının vaxtaşırı diqqəti və qayğısı sənətə və sənətkara verilən dəyərin bariz nümunəsidir”.


Geri qayıt