Əsas Səhifə > Şou-biznes > "Arif Səlimovdan başqa heç bir müğənni onun məzarını tanımır"
"Arif Səlimovdan başqa heç bir müğənni onun məzarını tanımır"Bu gün, 06:45 |
Sosial şəbəkələrdə xalq artisti, görkəmli bəstəkar Şəfiqə Axundovaya bənzər bir xanımın fotoları yayılıb. Görüntülərdəki xanım Şəfiqə xanıma o qədər bənzəyib ki, hər kəs onu bəstəkarın özü bilib.
Şəfiqə Axundovanın bacısının gəlini Svetlana Nəzərli Moderator.az-a açıqlamasında bildirib ki, bu xanım bəstəkarın doğma dayısıqızıdır:
“Şəfiqə xanımın doğma dayısıqızıdır. Şəfiqə xanım heç vaxt sağlığında deməyib ki, o mənə oxşayır. Biz bunu eşitməmişik. Şəfiqə xanım hər zaman diqqət mərkəzində olmaq istəyirdi. Həmişə də deyirdi ki, mən Şəfiqəyəm” deyə o bildirib.
Svetlana xanım bəstəkara qarşı haqsız münasibətdən də gileylənib:
“Tamaşalar getməyəndə özü teatra müraciət edirdi. Doğum günündə, yaxud da xüsusi günlərdə onun bu müraciətindən sonra tamaşa oynanılırdı. Həmişə teatrda “Gəlin qayası” operası qoyulardı. “El bizim, sirr bizim” tamaşası bir dəfə səhnələşdirilib. Bu tamaşanı Nəsibə Zeynalova, Ofeliya Aslan daha gözəl oynayırdı. Onlardan sonra heç vaxt bu tamaşa səhnələşdirilməyib" deyə o bildirib.
Svetlana Nəzərli bəstəkara qarşı laqeyd münasibətdən də gileylənib:
“Şəfiqə xanım bu gün yaddan çıxıb, heç yada salınmır. Arif Səlimovdan başqa o məzarın üstünə heç kim getmir. Ondan başqa heç kim onun məzarını tanımır. Şəfiqə xanımın bu qədər mahnılarını oxuyan məşhurlar var. O həmin müğənnilərin heç birindən 1 manat da pul almayıb. Onun məzarı üstünə gedin görün, ora nə haldadır? Bu günlərdə aidiyyatı qurumlara müraciət edəcəm. İnşallah ki, müraciətimə baxılar” deyə sənətkarın qohumu bildirib...
Geri qayıt |