Əsas Səhifə > Şou-biznes > Dublyaj sənətçilərinə verilən qonorar çox aşağıdır

Dublyaj sənətçilərinə verilən qonorar çox aşağıdır


Bu gün, 10:44

İndiki yaşam şərtləri ilə dublyaj sənətçilərinə verilən qonorar çox aşağıdır.

Bu fikirləri "Report"a müsahibəsində Əməkdar artist Nəcibə Hüseynova deyib.

Onun sözlərinə görə, zaman keçdikcə bu peşənin nümayəndələrinin gəliri ilə baölı irəliləyiş hiss olunmur:

"İllər ötdükcə adam püxtələşir, peşəkarlaşır və düşünürsən ki, axı niyə aldığım qonorarda artım yoxdur? Niyə mənə doğru-düzgün qiymət verilmir? Niyə işimə qiymət az verilir?".

Nəcibə Hüseynova türk dilində olan filmlərin Azərbaycan dilinə dublyaj edilməsi məsələsinə də toxunub.

"Bir dəfə verilişlərin birində üzdə olan siyasətçilərdən biri mənə dedi ki, türk filmlərinin dublyajına nə ehtiyac var? Dedim, biz azərbaycanlı deyilik? Bizim ana dilimiz Azərbaycan dili deyil? Vəssalam da. Türkiyədə maraqlanın görün Azərbaycan dilində film nümayiş olunur? Yox. Baxdı, baxdı, dedi, düz deyirsiniz. Dil məsələsi mənim həssas yerimdir, bir millət öz dilini qorumasa, özü məhv olacaq", - o əlavə edib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.


Geri qayıt