Əsas Səhifə > Şou-biznes > Dilarə Kazımova ərəb dünyasında
Dilarə Kazımova ərəb dünyasında15-10-2025, 15:48 |
"DİA-AZ" xəbər verir ki, klip məşhur “HP Magazine” jurnalının Ərəbistan versiyasının instagram səhifəsində paylaşılıb. Müğənninin Xalq artisti Aygün Kazımovanın eyniadlı hitini modern şəkildə təqdim etməsi və klipdəki güclü vizual üslubu xarici auditoriyanın da marağına səbəb olub. Paylaşım altında izləyicilər Dilarənin səhnə obrazı və ifasını yüksək qiymətləndiriblər. Bu paylaşım Dilarə Kazımovanın musiqi fəaliyyətinin sərhədləri aşdığını və onun yaradıcılığının artıq beynəlxalq miqyasda da izlənildiyini bir daha sübut edir. Xatırladaq ki, Aygün Kazımovanın sözügedən mahnısı 2001-ci ildə işıq üzü görüb. "Tez gəl"in müəllifi Xanım İsmayılqızıdır. Bəstənin təzə versiyasını peşəkar musiqiçi Həsən Ağayev hazırlayıb. Geri qayıt |