|
"Televiziya aparıcıları qonaqları təqdim edəndə adam xəcalət çəkir: " Elmlər doktoru, professor, filan qədər kitab müəllifi, filan qədər dissertantı olan, filan medalların laureatı, gözəl ürəkli... insan filankəs qonağımızdır"..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki keçmiş baş konsulu, məşhur “91-lər”dən biri Xeyrəddin Qoca qeyd edib. O daha sonra əlavə edib: "Bu o deməkdir ki, həmin professoru, üzür istəyirəm, it də tanımır! "Alim" deyin, qurtarsın, getsin! Bilirsiniz, aparıcılar niyə belə danışırlar? Yənı, "tamaşaçılar, dinləyicilər bilsinlər ki, biz efirimizə hər adamı çağırmırıq! Guya bununla televiziyaların "blatını" qaldırmaq üçün çalışırlar..."
Geri qayıt
|