Əsas Səhifə > Şou-biznes > "Kabinetdə oxumağa pis baxmıram"

"Kabinetdə oxumağa pis baxmıram"


2-11-2025, 08:48

Müğənni və model Müjgan Ayxandan maraqlı etiraf edib.

İfaçı dostları ilə münasibətlərindən danışıb.

O, ehtiyacı olanda kabinetlərdə də sənətini göstərib pul qazandığını bildirib:

"Kabinetdə oxumağa pis baxmıram. Ehtiyacım olmadıqda isə getmirəm. Elə dostlarım var ki, mahnımı qoşur, görüntülü yığır, sadəcə məni görür və kartıma pul atır. Çünki gəlməyə halım yoxdur deyirəm, olarsa, mahnımı yutubdan qoyun, telefondan özümə baxın və kartıma pul göndərin. Ona da razılaşırlar. Mən o müğənnilərdənəm ki, beşimiz harasa gedirik, 4-ü oxuyur, mən oturub, pul alıb çıxıram. Deyirəm ki, oxumağıma daha ehtiyac qalmadı".

İzləyicilər onun bu sözlərini həm zarafat, həm də etiraf kimi qiymətləndiriblər. Bəziləri isə efirdə bu cür açıqlamaların doğru olmadığını bildiriblər.

Milli.Az


Geri qayıt