Əsas Səhifə > Şou-biznes > Altun Süleymanov solo konsert proqramı ilə çıxış edib
Altun Süleymanov solo konsert proqramı ilə çıxış edib7-12-2025, 10:37 |
|
Dekabrın 6-da Maestro Niyazi Tağızadə-Hacıbəylinin Ev-Muzeyində Azərbaycan musiqi sənətinin parlaq gələcəyinə ünvanlanan daha bir mədəni tədbir baş tutdu. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “İRƏLİ” İctimai Birliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə reallaşdırdığı “Solo Gənclik” layihəsi çərçivəsində gənc opera-vokal ifaçısı, Respublika və Beynəlxalq müsabiqələr laureatı Altun Süleymanov solo konsert proqramı ilə çıxış etdi. “Solo Gənclik” – fərdi ifanın yeni mədəni platforması Layihənin əsas məqsədi gənc ifaçıların səhnəyə tək çıxaraq öz daxili yaradıcılıq potensialını ortaya qoyması, mədəniyyət mühitinə yeni artistik nəfəs gətirən istedadların kəşfi və geniş auditoriyaya təqdim edilməsidir. Hər tədbirin yeni məkan və yeni konsepsiyada baş tutması tamaşaçı üçün yenilənən bədii təcrübə yaradır. Konserti tanınmış mədəniyyət xadimləri izləyib Konsertdən əvvəl çıxış edən sənət və ictimaiyyət nümayəndələri gənc istedad haqqında ürək sözlərini bölüşdülər:
Çıxışlarda Altun Süleymanovun uşaqlıqdan bütün dövlət tədbirlərində fəal iştirakı, zəhməti, yüksək səhnə mədəniyyəti və gələcək böyük uğurlarına olan inam vurğulandı. Rəngarəng proqram – 15 əsər, 3 duet, yeni təqdimat Gənc ifaçı klassik opera, romantik vokal, xalq mahnıları və dünya musiqi irsindən ibarət 15 əsərlik repertuar təqdim etdi. Proqramda səslənən əsərlərdən bəziləri:
Konsertin musiqi tərtibatını və səhnə arxası peşəkarlığını pianoçu Rəhimə Qurbanova təmin etdi. Axşamın sonunda Altun Süleymanov bəstəkar Aydan Əliyevanın yeni mahnısını ilk dəfə səsləndirərək tamaşaçılara sürpriz etdi. Səhnədə dəyərləndirilən istedad Konsertin sonunda gənc sənətçiyə yüksək qiymət verildi: DAMM və “Sabirlik və İnkişaf” İctimai Birliyi adından — “Dodo” qəzeti isə gənc vokalçının Azərbaycan mədəniyyətinin inkişafına töhfələrinə görə Tədbirdə Altunun anası Aygün xanım, müəllimləri, tələbə yoldaşları və onu sevənlər iştirak edirdi. Hər bir alqış onun sənət yoluna olan inamın göstəricisi idi. Böyük səhnələrə doğru Altun Süleymanovun səsində Azərbaycan vokal məktəbinin klassik səhnə ənənələrinin davamı, peşəkarlıq və parlaq ümidlər var. Bu solo konsert bir daha göstərdi ki: ➡️ O, sabahın böyük opera səhnələrinin yeni nəfəsi olacaq. Mədəniyyətə xidmət edən belə gənclərin uğuru — xalqımızın uğurudur. İradə Məlikova “Dodo” qəzetinin baş redaktoru Geri qayıt |