Əsas Səhifə > Şou-biznes > "Söyüş yiyəsi olmayın, oradan yavaş keçmək mümkündür axı..."
"Söyüş yiyəsi olmayın, oradan yavaş keçmək mümkündür axı..."11-12-2025, 06:30 |
|
Aparıcı Mətanət Əliverdiyeva "Xəzər axşamı" verilişində piyadalara su sıçradan sürücülərdən şikayətlənib. Axşam.az xəbər verir ki, aparıcı bu gün işə gedərkən xoşagəlməz hadisənin şahidi olduğunu bildirib: "Mədəniyyətli sürücü olmaq lazımdır. Bu gün gözümlə şahid oldum. Sürücü yol kənarındakı gölməçənin yanından keçərkən suyu səkidə hərəkət edən məktəbli uşaq və anasının üzərinə sıçratdı. O uşağın yerinə elə pis oldum ki... Uşaq və anası donub qaldı. Söyüş yiyəsi olmayın, oradan yavaş keçmək mümkündür axı. Yazıq deyil o insanlar?". Qeyd edək ki, piyadaların üzərinə su sıçradan sürücülər aşkar edildiyi təqdirdə barələrində İXM-nin 342.1.5 maddəsi ilə inzibati tənbeh tədbirləri tətbiq edilir. Geri qayıt |