Əsas Səhifə > Şou-biznes > "Kiminsə oyununda fiqur olmayın..."

"Kiminsə oyununda fiqur olmayın..."


22-12-2025, 05:58

Son günlər Mədəniyyət Nazirliyində mövcud olan bir sıra neqativ halları ictimailəşdirməsi ilə diqqətə gələn tanınmış sənət adamı Nura Suri növbəti eyhamlı açıqlama ilə çıxış edib. "DİA-AZ" xəbər verir ki, tanınmış müğənni bu dəfə ad çəkməsə də konkret ünvana işarə edərək bunları deyib: 

"Dünyada tam sağlam insan mövcuddur sizcə?
Bu mümkün deyil. İnsan bioloji, psixoloji və sosial varlıqdır. Bu üç sahənin hamısında tam “ideal balans” demək olar ki, mövcud deyil.
Hətta hamı bir az dəlidir. Psixoloji olaraq qorxular, komplekslər, travmalar və ziddiyyətli düşüncələr hər kəsdə var.
İdeal insan da yoxdur - səhvsiz, günahsız biri mövcud deyil.
Ən əsası vicdandır. Onu qoruyun, itirməyin. Şərdən, böhtandan uzaq durun. Kiminsə oyununda fiqur olmayın".
.
.
.
 .
.
Qeyd: bizdən oğurladığınız yazıları halal edirik....)))

Geri qayıt