Əsas Səhifə > Şou-biznes > "Bu meydanı yaradan şəxs mənim ulu babam olub"

"Bu meydanı yaradan şəxs mənim ulu babam olub"


6-01-2026, 07:35

"Bir müddət əvvəl dostum Rahib Azəri mənə yaxşı bir xəbər çatdırdı. O dedi ki, vaxtilə İçərişəhərdə "Tut ağacı" meydanı adı ilə tanınan bu yerə öz qədim adı - "Ağa Salah Meydanı"adı qaytarıldı..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında görkəmli bəstəkar, xalq artisti Eldar Mansurov qeyd edib.

O daha sonra bildirir: "Bu meydanı yaradan şəxs mənim ulu babam Ağa Salah bəy Mansurov olmuşdur. Tarixi adın yenidən bu meydana qaytarılmasına görə İçərişəhər qoruğunun rəhbərliyinə özümün və ailəmin adından minnətdarlığımı bildirirəm".


Geri qayıt