Əsas Səhifə > Şou-biznes > Mehriban Xanlarova Prezidentə MÜRACİƏT ETDİ

Mehriban Xanlarova Prezidentə MÜRACİƏT ETDİ


6-01-2026, 12:51

"Hörmətli Cənab Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev! Sizin məmur təyinatları və kadr özbaşınalıqları ilə bağlı son çıxışınız sayəsində sevincimin həddi-hüdudu yoxdur". "DİA-AZ" xəbər verir ki, bunu Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Mehriban Xanlarova ölkə başçısına ünvanladığı müraciətində bildirir.
Tanınmış sənətçimiz daha sonra qeyd edir: "Xüsusilə ictimaiyyətdən gələn bütün siqnalların yoxlanılması barədə verdiyiniz açıq və prinsipial mesaj dövlət başçısı kimi ədalətə və şəffaflığa sadiqliyinizin parlaq təzahürüdür. Məmur özbaşınalığı nəticəsində təyin edilmiş kadrlarla bağlı olan məsələlərin diqqətinizə çatması və çıxışınızda bu mövzuya toxunmanız bir daha göstərdi ki, vətəndaşın səsi dövlətin ən ali səviyyəsində eşidilir.
Sizin çıxışınızda bir daha vurğuladığınız kimi, məmur özbaşınalığına cəmiyyətdə dözülməz olmalıyıq. Məhz bu mövqedən çıxış edərək mən baş verən özbaşınalıqları ictimailəşdirdim və bunun nəticəsində işimdən oldum. Haqq səsimin boğulması, Sizə çatmaması üçün üzərimə ağıla sığmayan şər və böhtanlar atılmağa cəhd göstərildi.Lakin mənim Sizə olan inamım sarsılmazdır!
Əminəm ki, Sizin ədalətə əsaslanan iradəniz sayəsində haqq öz yerini tapacaq. Azərbaycanı ədalət, ləyaqət və məsuliyyət prinsipləri ilə idarə edən dövlət başçısı kimi göstərdiyiniz qətiyyətli mövqeyə görə Sizə sonsuz təşəkkürümü və minnətdarlığımı bildirirəm".

Geri qayıt