Əsas Səhifə > Şou-biznes > "Yaxşıya “yaxşı” deməyi bacarmaq lazımdır..."

"Yaxşıya “yaxşı” deməyi bacarmaq lazımdır..."


8-01-2026, 07:49

"Ölkəmizdə səviyyəli verilişləri, gündəmə, xəbərlərə və məşhur insanlara münasibəti ilə seçilən kanal İctimai Televiziyadır. Onlar Yeni il bayramına həsr olunmuş çox gözəl bir konsert təqdim etdilər..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra bildirir: "Bəzilərinin tənqidi statuslarını gördüm və onlara demək istəyirəm ki, Rusiyada yayımlanan layihələrlə müqayisə aparmayın. Çünki bizim kanallar 10 milyonluq əhalisi olan ölkəyə yayımlanır, Rusiya kanalları isə təkcə Rusiyanın 150 milyonluq əhalisi üçün yox, həm də rusdilli xalqlar üçün yayımlanır və xərclədikləri büdcəni artıqlaması ilə geri qazana bilirlər.
İctimai Televiziya “Maska” şou kimi səviyyəli layihə təqdim edib və bu layihə onlara maddi qazanc yox, ziyan gətirib. Yəni müqayisəni ölkə daxilindəki digər kanallarla etsəniz, çox böyük fərqi açıq-aydın görəcəksiniz.
Yaxşıya “yaxşı” deməyi bacarmaq lazımdır".

Geri qayıt