Əsas Səhifə > Şou-biznes > "Onlar özlərini dəyərləndirə bilmirlər..."

"Onlar özlərini dəyərləndirə bilmirlər..."


12-01-2026, 06:06

"Bəzi insanlar özlərində olan bütün xüsusiyyətləri başqalarında görürlər, hətta qınayırlar da. Özü görməmişdirsə, paxıldırsa, safdırsa və sair, başqasını da elə görür..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.

O daha sonra bildirir: "Onlar nə özlərini, nə də başqalarını obyektiv dəyərləndirə bilmirlər.
Bəzi insanlar isə insanları olduğu kimi görə bilirlər - buna hissiyat deyin, intellekt deyin, obyektiv yanaşma deyin. Amma mən belə insanların sonradan yalnızlığı seçdiyini müşahidə etmişəm. İnsanları özü kimi görməyənlər tənhalığa məhkum olurlar.
Ümumiyyətlə, belə insanları sevənlər də az olur, sevdikləri də. Seçilən, idarə olunmayan, həmişə öz fikri olan, manipulyasiyaya gəlməyən, dürüst insanlar çoxluq tərəfindən qəbul olunmurlar.

 Çoxluq isə hamını özü kimi görənlərdir..."


Geri qayıt