Əsas Səhifə > Şou-biznes > "Məni sənətimlə bağlı ruhdan salmaq istəyənlər də az deyil"

"Məni sənətimlə bağlı ruhdan salmaq istəyənlər də az deyil"


23-01-2026, 07:02

"Mən özümü gözəl hesab etmirəm. Kimsə mənə kompliment edəndə də utanıram. Əslində sevilməkdən də qorxuram". "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra bildirir: "Qəribə xüsusiyyətlərim var. Ətrafımda da çox insan istəmirəm. Dostluğu az adamla edirəm. Dostlarımla da gec-gec görüşüb söhbətləşirəm.
Məni sənətimlə bağlı ruhdan salmaq istəyənlər də az deyil. Amma yeni mahnılar üzərində çalışıram. Bilmirəm hələ albom kimi çıxaracam, yoxsa single olaraq tək-tək, amma çox gözəl mahnılar hazırlayıram. Üstümə gəldikcə, məni ruhdan salmaq istədikcə, əslində mənə güc verir bəziləri.
İnsanlardan uzaqlaşdıqca özümə və işimə daha çox vaxt ayırıram..."

Geri qayıt