Əsas Səhifə > Şou-biznes > "Sanki əllərinə qılınc alıb baş kəsirlər..."

"Sanki əllərinə qılınc alıb baş kəsirlər..."


4-02-2026, 06:55

"TV və internet TV aparıcılarının əhəmiyyətli bir hissəsində (daha çox qadın aparıcılarda) bu qədər təkəbbür və vulqar ifadələr haradan qaynaqlanır?" "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu açıqlamasında tanınmış jurnalist Azər Rəşidoğlu qeyd edib.

O daha sonra bildirir: "Sanki əllərinə qılınc alıb baş kəsirlər. Efirin verdiyi imtiyazdanmı bu qədər şişiblər? Peşə etikası və ədəb anlayışı hara yoxa çıxıb? Verilişlərdə və onların sosial şəbəkə statuslarında müşahidə olunan bu mədəniyyətsiz və kobud, vulqar, pinti davranışların kökündə nə dayanır? Özünü ziyalı, kitab oxuyan kimi təqdim edən insan bu qədər hikkəli və aqressiv ola bilərmi?
Çox səviyyəli aparıcıları, dostlarımı qucaqlayıram və onlardan xahiş edirəm ki, bu "vıskoçka"ları yerlərində otuzdursunlar..."


Geri qayıt