Əsas Səhifə > Şou-biznes > "Xətrinizə dəyməmək üçün hamımız axmaq olmalıyıq?"

"Xətrinizə dəyməmək üçün hamımız axmaq olmalıyıq?"


6-02-2026, 05:20

"Ən çox sevdiyim sosial şəbəkə Facebookdur, çünki burada öz fikirlərimi yazıram. Facebook yaranandan bəri fikirlərimi məhz burada bölüşürəm". "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra bildirir: "Mənim üçün yazmaq danışmaqdan daha asandır.
Yazdıqlarım mənə pul qazandırmır.
Yəni hər yazdığım statusun altına “bu da gündəmə gəlmək istəyir”, “özünüz yazırsınız bu statusları” və sair kimi rəylər yazanların da sayı azalmır. Məqsədiniz nədir? Xətrinizə dəyməmək üçün hamımız axmaq olmalıyıq?
Məni və ya fikirlərimi bəyənməyənlərin səhifəmdə nə işi var axı? Sizin bəyəndiyiniz, reytinqini artırdığınız, baxdığınız verilişlər də bəllidir, dinlədiyiniz musiqiçilər də.
Məni bəyənməyin. Sizin kimilərin məni bəyənməsi məni öz gözümdən salır..."

Geri qayıt