Əsas Səhifə > Şou-biznes > "Kəmalə Ağazadənin sığınacağında zorakılığa məruz qalan uşaqların sayını bilirsinizmi?"
"Kəmalə Ağazadənin sığınacağında zorakılığa məruz qalan uşaqların sayını bilirsinizmi?"8-02-2026, 06:28 |
|
O daha sonra bildirir: "Bütün sosial media Epşteyn işi ilə silkələnir. Hamı elə təəccüblənir ki, guya indiyə kimi ilk dəfədir belə xəbərləri eşidir. Halbuki real hadisələr əsasında nə qədər filmlər çəkilib - Koreya, Çin, Kolumbiya, Türkiyə və sair ölkələrdə uşaq oğurluğu və cinsi istismar mövzusunda.
Vatikan və Katolik kilsəsində uşaq istismarı real və sübut olunmuş hadisələr silsiləsidir. Əsasən: minlərlə keşişin uşaqlara qarşı cinsi zorakılıqda ittiham olunması, kilsə rəhbərliyinin illərlə bunu gizlətməsi, zərərçəkənlərin susdurulması.
Bunun mərkəzində Catholic Church və Vatican City dayanır. Son illərdə isə Pope Francis dövründə bir çox sənədlər açıldı, minlərlə iş məhkəmələrə verildi, kilsə rəsmi şəkildə üzr istədi (amma hələ də hər şey tam həll olunmayıb).
Bu hadisələr ABŞ, Fransa, Almaniya, Avstraliya və başqa ölkələrdə rəsmi hesabatlarla sübut edilib, amma hələlik nəticəsiz qalıb.
Bizdə guya yoxdur? Elə bir neçə ay əvvəl 4 yaşlı uşağın başına gələnlər, Nərminin hadisəsi nə tez yaddan çıxdı. Kəmalə Ağazadənin sığınacağında zorakılığa məruz qalan uşaqların sayını bilirsinizmi?
Sığınacağa gələn uşaqların əksəriyyəti zorakılığa məruz qalanlardır.
Susan, səsini duyura bilməyən, dərdini deməkdən çəkinən, utanan nə qədər uşaq və yeniyetmə var. Bir ətrafınıza baxın. Hələ nə qədər də əxlaqsız var ki, pulu ilə istədiyini satın ala bilir. Elələri ki, tanıyırsınız amma yaltaqlanmaqdan başqa söz deyə bilmirsiniz.
Ona görə də hər dəqiqə bir post paylaşıb guya nəsə yaxşı iş görürsünüzmüş kimi özünüzü reklam etməyin. Bezdik - taaay adını yazmaq istəmədiyim insanların xəbərlərini görməkdən..."
Geri qayıt |