Əsas Səhifə > Şou-biznes > "İnternetdə hər gördüyünüz xəbərə etibar etməyin..."
"İnternetdə hər gördüyünüz xəbərə etibar etməyin..."11-02-2026, 05:23 |
|
"Muammar Gaddafi 2009-cu il - BMT Baş Assambleyası çıxışında (rəsmi və sənədlidir) NATO-nu və Qərbi ikiüzlülükdə ittiham etmişdi. “İnsan haqları”, “demokratiya” adı altında ölkələrin dağıdıldığını, güclü dövlətlərin beynəlxalq hüququ öz maraqlarına görə əzdiyini demişdi..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra bildirir: "Qəddafi “Qərbin bioloji silahlar, tibbi sınaqlar və laboratoriyalar üzərindən digər xalqlara təhlükə yaratdığını, Afrika üzərində tibbi və dərman sınaqları aparıldığını, xəstəliklər də silah kimi istifadə oluna bilər” açıq şəkildə deyib.
Sonra aqibəti də məlumdur. 2011-ci ildə NATO Liviyaya müdaxilə edəndə Qəddafinin “Qərb əvvəl demonizasiya edir, sonra dağıdır” fikri yayıldı və insanlar düşünməyə başladı.
İndi də Epşteyn dosyelərində karantinlə bağlı yazışmaları yayırlar, müzakirə edirlər. Hətta AZTV-də xəbərlərdə sujet də yayımlanıb. Karantində mən yazanda az qalmışdı, məni axmaq elan etsin bəziləri.
İnsanlar anadan olduqları gündən beyinlərinə hansı fikirlər, doğrular ya səhvlər yeridilirsə, ona inanmağa məcbur olurlar. Deyilənlərə şübhə ilə yanaşan, düşünən, araşdıran, başqa bir fikri irəli sürən insanları isə təhlükə kimi görürlər.
Elə bir dövrdə yaşayırıq ki, səhv olanları doğru kimi, həqiqəti isə yalan kimi qəbullandırmaq çox asandır. İnsanların fikirləri artıq özlərinə məxsus deyil. Onların beyinlərinə yeridilən məlumatlar çərçivəsində formalaşdırılan fikirlərdir.
Bayaq Kəramətin (yazıçı Kəramət Böyükçöl nəzərdə tutulur -red.) bir statusunu gördüm. Adam öz düşüncələrini dilə gətirməkdən qorxduğunu (sarkazmla) yazıb.
Təbliğatla istənilən şəxsi həm qəhrəman, həm də əclaf kimi tanıtmaq çox asandır indiki dövrdə. İnternetdə hər gördüyünüz xəbərə etibar etməyin.
Ən təhlükəli təbliğat insanı yalanla yox, düşünməyə ehtiyac olmadığına inandırmaqdır..."
Geri qayıt |