Əsas Səhifə > Şou-biznes > "35 il əvvəl, mən KVN oynayanda məni də dəstəklədilər"
"35 il əvvəl, mən KVN oynayanda məni də dəstəklədilər"12-02-2026, 07:04 |
|
"Nəriman Axundzadənin “Columbus Crew” klubuna keçidi onun karyerasında ciddi bir addımdır. Tənqid dalğasına baxmayaraq, onun böyük potensialı var. O, özünü mütləq sübut edəcək..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Bəhram Bağırzadə qeyd edib.
O daha sonra bildirir: "Amerikada asan olmayacaq: yeni çempionat, fərqli mentalitet, dil və adaptasiya. Xaricdə ilk mərhələdə futbolçularımıza həmişə çətin olur. Amma bu mərhələni keçsə, sonra hər şey daha asan olacaq.
Mən inanıram ki, onun hər şeyi alınacaq. Əsas olan dəstəkdir.
35 il əvvəl, mən KVN oynayanda məni də dəstəklədilər. O zaman da asan deyildi. Məndə alındı. Nərimanda da mütləq alınacaq..."
Geri qayıt |