Əsas Səhifə > Şou-biznes > "Müğənni mesaj ötürmür, sadəcə səs-küy yaradır..."

"Müğənni mesaj ötürmür, sadəcə səs-küy yaradır..."


13-02-2026, 07:06

"Türk aktrisası Beren Saat CapitaliZoo adlı mahnını ingilis dilində ifa edib və klip çəkdirib. İndi bəziləri onu qınayacaq ki, “niyə oxuyub” və sair. Halbuki o, mahnının sözlərini də özü yazıb və bu mahnı ilə açıq mesaj ötürüb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra bildirir: "Mahnının sözlərinin mənası təxminən belədir: İnsanlar vəhşi və azad varlıqlardır. Amma kapitalist sistem onları zooparkdakı heyvanlar kimi sərgiləyir. Qaydalar, pul, status və istehlak - hamısı bir qəfəs rolunu oynayır.
Bizdə isə “xit” olan, ən çox dinlənilən mahnıların demək olar ki, heç bir mənası yoxdur. Daha doğrusu, mənalı mahnılar dinlənilmir. Müğənni mesaj ötürmür, sadəcə səs-küy yaradır.
Halbuki Michael Jackson kimi dünya ulduzlarının demək olar ki, hər mahnısı dünyaya bir mesaj idi..."

Geri qayıt