Əsas Səhifə > Şou-biznes > Şəbnəm Tovuzlu ondan yazan sayta hədə-qorxu gəldi
Şəbnəm Tovuzlu ondan yazan sayta hədə-qorxu gəldi4-03-2026, 04:54 |
|
Sosial şəbəkələrdə iki qadının avtomobildə hərəkətdə olarkən yüksək səslə musiqi dinləməsi, təhlükəsizlik kəmərindən istifadə etməməsi və sükan arxasında əllərini buraxaraq görüntü çəkməsi ilə bağlı video geniş müzakirələrə səbəb olub. Görüntünü sosioloq Lalə Mehralı paylaşmışdı. Video ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. İzləyicilər xüsusilə yol hərəkəti qaydalarının açıq şəkildə pozulmasını tənqid ediblər. Qeyd edək ki, hərəkətdə olan nəqliyyat vasitəsində sürücünün təhlükəsizlik kəmərini taxmaması və sükanı nəzarətsiz buraxması inzibati məsuliyyət yaradan haldır və həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatını ciddi risk altına atır. Sonradan redaksiyaya daxil olan məlumata görə, videoda yer alan şəxslərdən biri müğənni Şəbnəm Tovuzlunun qızıdır. Bununla əlaqədar olaraq, dünən Şəbnəm xanım İnstagram sosial şəbəkə hesabımız vasitəsilə bizimlə əlaqə saxlayaraq videonun silinməsini xahiş edib. Biz isə görüntülərin silinməsinin mümkün olmadığını bildirdik. Avtosfer.az olaraq bir daha bildiririk ki, məqsədimiz hər hansı şəxsi hədəf almaq deyil, yol hərəkəti təhlükəsizliyi ilə bağlı ictimai əhəmiyyət kəsb edən halları diqqətə çatdırmaqdır. Avtosfer.az
Geri qayıt |