Əsas Səhifə > Şou-biznes > "Beyninizdə bir fantaziya qurmusunuz və həqiqəti görmək istəmirsiniz"

"Beyninizdə bir fantaziya qurmusunuz və həqiqəti görmək istəmirsiniz"


6-03-2026, 05:14

"Neçə gündür cəmiyyətimizin İrana olan bu bağlılığını anlaya bilmirəm. Şərhlərdə ağızlarına gələni yazırlar..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra bildirir: "Naxçıvana atılan raketlərin İsrailin provokasiyası olduğu, bizi müharibəyə çəkmək istədikləri və sair kimi iddialar irəli sürürlər. Əksini deyənləri isə imkanları olsa, boğarlar.
Nə məsələdir? Bu adamlar kimdir? Niyə bu mövzuda özlərini həlak edirlər?
Heç olmasa Prezidentimizin çıxışına baxın. Xəbərləri oxuyun. Beyninizdə bir fantaziya qurmusunuz və həqiqəti görmək istəmirsiniz. Nə tez yadınızdan çıxdı olub-keçənlər? Zəngəzur dəhlizi məsələsində İranın münasibəti, erməniləri qorumaqları…
Belə əməliyyatlar gizli olmur
Raketin tipi, istiqaməti, radar məlumatları, peyk görüntüləri olur. Bu cür şeylər gizli qala bilməz. Həm də bu qədər dövlət və kəşfiyyat xidmətləri varkən..."

Geri qayıt