Əsas Səhifə > Şou-biznes > Aygün Kazımova onların arxiv görüntülərini yaydı
Aygün Kazımova onların arxiv görüntülərini yaydı21-03-2026, 06:00 |
|
Xalq artisti Aygün Kazımova sosial şəbəkədə arxiv görüntülərini paylaşıb. Axar.az xəbər verir ki, sənətçi AzTV-nin lentə aldığı Novruz şənliyindən videonu instaqram izləyiciləri ilə bölüşüb. O, paylaşımına "Əzizlərim, Gözəl Bayramlarınız Mübarək Olsun! Allah tutduğunuz orucu qəbul etsin. Dünyamızda sülh və əmin-amanlıq olsun. Novruz və Ramazan bayramınız mübarək" sözlərini yazıb. Görüntülərdə Xalq artistləri Mirzə Babayev, İlhamə Quliyeva, Telman Adıgözəlov, İlham Namiq Kamal və başqaları yer alıblar. Video: https://newstube.az/embed/193951 Geri qayıt |