Əsas Səhifə > Şou-biznes > "Nəyə sevinirik biz: Kiminsə işsiz qalmasına?

"Nəyə sevinirik biz: Kiminsə işsiz qalmasına?


22-03-2026, 07:18

"Bəzi televiziya verilişlərinin bağlanması ilə bağlı insanların sevinc hissi keçirməsi məni həqiqətən düşündürür. Nəyə sevinirik biz? Kiminsə işsiz qalmasına? Bir kollektivin çörəksiz qalmasına?" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında sosial məsələlər üzrə ekspert Fatimə Hacıbəyli qeyd edib.
O daha sonra bildirir: "O verilişlərdə təkcə aparıcılar yox, arxada çalışan onlarla insan var – texniki heyət, redaktorlar, işçilər… Onların taleyi heç kimin yadına düşmürmü?
Bəziləri deyir ki, “tərbiəsizliyi təbliğ edirdilər”, “milli-mənəvi dəyərlərə zidd idilər”
Hansı ki,bu tip verilişlər bütün dünyada var.
Mən Lalə Azərtaş-ın verilişində ekspert kimi iştirak edirəm və dəfələrlə öz gözlərimlə görmüşəm ki, çarəsiz insanlara necə sahib çıxılır, xəstələrə necə yardım edilir.
Bu qədər yaxşılıq görməzdən gəlinərək bu gün onun verilişinin bağlanmasına sevinmək bağlanmasını tələb etmək nə dərəcədə doğrudur?
Lalə Azərtaş "Təsir -dairəsi"əvvəl də Lalə Azərtaş idi – öz zəhməti, biliyi və şəxsiyyəti ilə.
Bu gün efiri bağlansa belə, onun kimliyi və peşəkarlığı dəyişmir.
Bir də bəzi jurnalistlər var ki, “filan veriliş niyə bağlandı, niyə məhz bu veriliş qaldi?” və s.
Bu gün həmin verilişlər haqqında bu qədər sərt və qərəzli danışanların bir çoxu, əslində, fürsət düşsə, eyni işi tərəddüdsüz edər.
Kənardan daş atmaq asandır… Amma məsuliyyət daşımaq, insanlarla işləmək, onların dərdinə çarə olmaq hər kəsin bacardığı iş deyil..."


Geri qayıt