Əsas Səhifə > Şou-biznes > Dünyanın ən hikkəli qadın rejissoru

Dünyanın ən hikkəli qadın rejissoru


24-03-2026, 10:49

Ölkədə adının haqqını çox da verməyən və mahiyyət etibarı ilə bir-birinə bənzəyən üç adam var:

Mehriban Zəki, Mehriban Xanlarova və Mehriban Ələkbərzadə.

Hətta bir də görürsən, heç bu Mehribanlar da mehriban yola gedə bilmirlər.

Əslində, Mehriban Ələkbərzadəni kino, teatr sahəsində qismən uğurlu adam hesab etmək olar. Qadınlar arasında da peşəkarlıq baxımından ortababa ən yaxın olan odur.

Maşallah olsun, işləmədiyi yer, qazanmadığı mükafat yoxdur. Ancaq bütün bunların qarşılığında başına and içəcəyimiz cəmi üç ciddi iş də yoxdur.

Mehriban Ələkbərzadənin işlərinə and içmək olar, ancaq yalandan.

Mehriban Ələkbərzadənin parlamasına az-çox səbəb olan məsələ onun televiziyadakı fəaliyyəti, proqramlardır.

Bəzən kimlərsə deyir ki, bəs Mehriban Ələkbərzadə çox uğurlu rejissordur.

Ancaq həqiqətən də belədirmi?

Uğurlu rejissor odur ki, heç olmasa, bir-iki nəfər heç kimin tanımadığı, bilmədiyi adamı kəşf etsin, onu aktyor, aktrisa kimi tanıda bilsin. Bu məsələ bu gün əksər rejissorların problemidir. Tanınan aktyora, peşəkara rejissorluq etməyə nə var? Əksinə, Mehriban Ələkbərzadə çox da uğurlu olmayan rejissorluğunu məhz tanınan simaların kölgəsində gizlədib.

Ələkbərzadə neçə peşəkar aktyor tanıda, yetişdirə bilib? Hansı aktyoru onun sayəsində tanımışıq, sevmişik?

Bu dəqiqə Mehriban Ələkbərzadə deyəndə ağılan gələn ilk üç tamaşanın birincisi “Qatil” tamaşaçısıdır ki, o tamaşa da məhz pornoqrafik məqamlara görə tanınır. Məsələ pornoqrafiyanın olması yox, məhz bunun da pis alınmasıdır. Təkcə bu tamaşadan görünür ki, Mehrinan Ələkbərzadənin rejissor estetikası yoxdur.

Mətbuatdan da göründüyü kimi, yəqin ki, Azərbaycanda fəaliyyəti dövründə ondan çox narazı qalınan rejissor yoxdur. Ola bilər, iş görən insandan bir-iki narazılığın olması normaldır. Ancaq nə hikmətdirsə, Mehriban xanımdan böyük əksəriyyət aktyor və aktrisalar narazı qalıb. Niyə? Niyə məhz o? Nə üçün bu cür məsələlərdə başqa rejissorların adı çəkilmir, ancaq nə vaxt baxırsan, kimsə yenə ondan narazı qalır?

Mehriban Ələkbərzadə bir ara aktyorları işdən çıxartmaqla da gündəmə gəlmişdi. Normalda rejissor aktyor tapmalı, onu qabağa çıxartmalıdırsa, bunun Mehriban Ələkbərzadəyə heç bir dəxli yoxdur. O işdən çıxartmaq işlərinə baxır, elə bütün günü qoyasan əmr imzalaya.

Ümumiyyətlə, mənə elə gəlir ki, o, iş görməyin belə şeylər olduğunu düşünür. Nədənsə, onun simasında kinli, hikkəli, sənətsəl xoşbəxt ola bilməyən, müəyyən əməlləri ilə də bunun acığını çıxan qadın görürəm.

Mehriban Ələkbərzadə elə bilir ki, ölkədə ən uğurlu qadın məhz odur və buna görə də bir çox adamların onu gözü götürmür. Fikirləşir ki, hamı yoluna daş qoymağa çalışır, hamının onun yerində gözü var.

Fəqət Mehriban Ələkbərzadəyə tövsiyə olunur ki, heç olmasa, dünyadakı qadın rejissorların işlərinə baxsın, özünü məmur yox, məhz rejissor kimi aparsın.

Bizdə tez-tez rejissor anlayışı səhv başa düşülür. Yəni Mehriban xanım da səhv başa düşür. Rejissor bəzən elə təqdim olunur ki, sanki o, teatrın direktoru, aktyorların rəhbəri, kollektivin “başçısı”dır. Halbuki dünya teatrında rejissor daha çox “görünməyən müəllif”dir. Mehriban Ələkbərzadə təkcə görünməyən müəllif ola bilmir.

Deyəsən, bütün rejissorlar aktyoru, aktrisanı açmaq istəyəndə, Mehriban xanım “bunu necə sıxa bilərəm?” haqqında düşünür.

Sənətdə uğursuzluq çox vaxt texniki deyil, psixoloji məsələdir. Rejissor ya yaradıcı olur, ya da müdafiə mövqeyində. Bəs müdafiə mövqeyi necə görünür? Tənqidi qəbul edə bilməmək, aktyorla konflikt, hər şeyi “qərəz” kimi yozmaq və s.

Konkret desək, Mehriban Ələkbərzadə elə bilir ki, rejissor olmaq üçün əsas şərtlər bunlardır: Sərt baxış, yüksək tonla danışmaq, əmr vermək bacarığı və istəyi, “mənolmasam, heç kim yoxdur” düşüncəsi.

Müəllif: Orxan Saffari - Mənbə: Gununsesi.info


Geri qayıt