|
Bir zamanlar oxucuların zövqünü oxşayan ədəbi nəşr "Söz odası" çapını bərpa etməyə hazırlaşır. "DİA-AZ" xəbər verir ki, bu barədə tanınmış yazar Elşən Əzim özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Jurnalımızın çapına başlayırıq" deyə oxucuları müjdələyən Elşən Əzim daha sonra bildirir: "Bundan sonra "Söz odası" ədəbiyyat və incəsənət dərgisi ciddi ədəbiyyat, incəsənət nümunələrini çap etməklə, müxtəlif bölgələrdə yaşayan ədəbiyyat, incəsənət adamlarının təbliğatını həyata keçirməklə xidmətinizdə olacaq. Çap mətbuatının tənəzzülə uğradığı dövrdə yeni bir jurnalla gündəmə gəlmək risk tələb etsə də biz bu işi başlayırıq. Sosial şəbəkələr, müxtəlif internet resursları təbliğat üçün, tanınmaq və məşhurlaşmaq üçün ən asan vasitə olsa da, qalıcılıq, uzunömürlülük baxımından çap məhsulunun ömrü daha uzundur. Hətta min illərlə ölçülür. Eyni zamanda gələcək sənət tədqiqatçıları üçün də yalnız çap məhsulu mənbə kimi istifadə edilə bilər. Bütün bunları nəzərə alaraq 2011-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş, iki il çap olunaraq ölkənin hər yerində köşklərdə satılmış "Söz odası"nı yenidən gün üzünə çıxarmağa qərar verdik..."
Geri qayıt
|