Əsas Səhifə > Şou-biznes > Vasif Məhərrəmlidən evliliklə bağlı qəribə sözlər

Vasif Məhərrəmlidən evliliklə bağlı qəribə sözlər


3-04-2026, 08:08

Əməkdar artist Vasif Məhərrəmlinin boşanmalarla bağlı çıxışı müzakirə obyekti olub.

Sitat: “Statistik məlumatların efirlərdə və saytlarda paylaşılması heç də yaxşı deyil. Çünki insanlar bundan təsirlənirlər və evlənməkdən qorxmağa başlayırlar. “Bu il boşananların sayı bu qədər oldu”. Nə məcburdur ki, bunu açıqlayırsınız? Nə ölkənin adına, nə də insanların adına yaxşı bir şey deyil. Həm də yerdə qalan gəncləri qorxuya salırsınız, təşviş yaradırsınız”.

Bu fikirdə reallıq payı nə qədərdir?

Globalinfo.az-a danışan sosioloq Mail Yaqub deyib ki, müğənninin fikirlərində doğruluq payı var:

“Ümumilikdə, sosioloqlar və psixoloqlar da qeyd edir ki, mediada xoşagəlməz hadisələr nə qədər çox tirajlanırsa, onların cəmiyyətdə adiləşməsi bir o qədər sürətlənir. “Mediada bu mövzular ümumiyyətlə işıqlandırılmasın” deməklə də olmur. Çünki məsələ təkcə bundan ibarət deyil. Məsələn, sui-qəsd hallarının, eləcə də narkomaniya və alkoqolizm statistikasının tez-tez gündəmə gətirilməsi müəyyən mənada bu halların adiləşməsinə səbəb ola bilər”.

Sosioloq bildirib ki, bu məlumatların paylaşılması həm də bir növ həyəcan təbili çalmaq və cəmiyyəti xəbərdar etmək funksiyasını daşıyır:

“Bu baxımdan boşanma və ya digər statistikanın hesabatı vacib məqamdır. Düşünürəm ki, belə mövzuların hər gün və ya çox tez-tez tirajlanması düzgün yanaşma deyil. Lakin müəyyən aralıqlarla, məsələn, ildə bir və ya iki dəfə xəbərdarlıq xarakterli şəkildə gündəmə gətirilməsi problemin qarşısının alınmasına müəyyən dərəcədə töhfə verə bilər. Əks halda, bu halların tez-tez paylaşılması onların cəmiyyət üçün bəsitləşməsinə gətirib çıxarır”.


Geri qayıt