Əsas Səhifə > Şou-biznes > "Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..."

"Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..."


Bu gün, 05:42

"Çox qəribə bir zəmanədə yaşayırıq. İnsanları alqoritmlər idarə edir. Sanki insanlar öz istəklərini deyil, alqoritmlərin təklif etdiklərinə baxır, dinləyir, alır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra bildirir: "Lazım oldu-olmadı hər gün sosial şəbəkələr vasitəsilə alqoritmlərin qarşınıza çıxardığı məhsulları alırsınız, alqoritmlərin bayağı mahnıları virus kimi insanların beyninə yeritdiyini sanki anlamırsınız.
Zövqsüzləşən, bir-birindən fərqlənməyən robotlara bənzəyir get-gedə insanlar. Netflix-dəki Black Mirror serialı yadıma düşür bütün olanlara baxdıqca.
Təsəvvür edin, Sezen Aksu, Tarkan kimi sənətçilər albomlar çıxarır, alqoritmlər önə çəkmədiyi üçün dinlənməsi azdır.
Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır. Hamı bir-biri ilə bəhsə-bəhs eyniləşir.
Şoşana Zuboff və Yuval Noah Hararinin alqoritmlər və beynin hack olunması haqqında yazılarını oxuyun.
Zuboffun fikri (Surveillance Capitalism):
Şirkətlər (Google, Meta və s.) davranış məlumatlarımızı toplayır, analiz edir və bizi proqnozlaşdırmaq və yönləndirmək üçün istifadə edir. Yəni məqsəd sadəcə izləmək yox, davranışı dəyişməkdir.
Hararinin fikri: İnsan artıq “hack” edilə bilən varlıqdır. Əgər sistemlər bizim nə hiss etdiyimizi, nə düşündüyümüzü, nəyi seçəcəyimizi bizdən yaxşı bilirsə, onda qərarlarımız özümüzdən çıxmır, alqoritmlərdən çıxır. Alqoritmlər: diqqətimizi idarə edir, zövqümüzü formalaşdırır, seçimlərimizi yönləndirir..."

Geri qayıt