Əsas Səhifə > Şou-biznes > “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub...

“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub...


Bu gün, 17:06

"Məlumdur ki, 2011-ci ildən Azərbaycan telekanallarına serial çəkilişi üçün pul ayrılır. İşin keyfiyyətini qoyuram bir kənara. Məni maraqlandıran bu serialların prodakşınlarıdır. Araşdırmalarıma görə, serialları hazırlayan prodakşınlar adətən bu və ya digər formada telekanalların rəhbərlərinə bağlı olur..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında jurnalist Arifə Əliyeva qeyd edib.

O daha sonra fikrini belə davam etdirir: "Götürək, elə Space TV-də yayımlanan “Məktəb” serialını.

Bu serialın prodakşını “i Smile Production”dur. “i Smile Prodctuion” vergidə “i Smile Media” MMC kimi qeydiyyatdadır. MMC-nin ilk qanuni təmsilçisi kim olsa yaxşıdır? 

Nəriman Əbduləliyev. O, Space TV-nin keçmiş direktoru Vado Korovinin kürəkənidir. Nəriman Əbdüləliyev telekanalda icra direktor vəzifəsini tutur.

“Məktəb” serialı ilə bağlı layihənin rəhbəri də Nəriman Əbdüləliyevdir. Serialın baş prodüsseri isə onun həyat yoldaşı Zemfira Korovinadır. 

Beləliklə, aydın olur ki, “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub. Hələlik bu qədər bəsdir.


Geri qayıt