Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > Goranboyda İŞÇİ HAQQINI YEYƏN KİMDİR?
Goranboyda İŞÇİ HAQQINI YEYƏN KİMDİR?Bu gün, 11:57 |
"Mən Allahverdiyev Şəfi İbrahim oğlu Goranboy rayonu Veyisli qəsəbəsində mənzil kommunal istismar idarəsində fəhlə işləyirəm. Hal-hazırda 9 aydı xəstəliyimlə əlaqədar məzuniyyətə çıxmışam". Bu barədə "DİA-AZ"a daxil olan müraciətdə deyilir. Müraciətdə daha sonra bildirilir: "Bu 9 ayın 6 ayının maaşını kartıma vursalar da, 3 aydır maaşımı ala bilmirəm. Aidiyyatı qurumlardan xahiş edirəm, mənə haqqımın bərpasında köməklik edəsiniz". Daha sonra Goranboy sakini digər problemi ilə bağlı da kömək istəyir. O yazır: "Qeyd edim ki, xəstəliyimlə əlaqədar əlilliyimin təsdiqlənməsi üçün müraciət etsəm də, məni ötür-ötür oyununa salıblar. Qalmışam 4 rayonun arasında. Xahiş edirəm mənə köməklik edəsiniz..." Geri qayıt |