Əsas Səhifə > Üçüncü sektor / Güney Press > Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın...
Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın...Bu gün, 11:02 |
Naxçıvanda müəllim, həkim və digər dövlət qulluqçularının əməyi hesabına salınan yaşıllıqlar qurumağa başlayıb. Ağaclar məcburi iməciliklər vasitəsi ilə əklidyindən el arasında “iməcilik ağacları” adlandırılır.
Hazırda quruyan ağacların əksəriyyəti Vasif Talıbovun hakimiyyəti dövründə əkilib. Su olmayan ərazilərdə əkilən bu ağaclar əvvəllər maşınlar vasitəsi ilə suvarılırdı. Yeni hakimiyyət biganə yanaşdığından, bir neçə müddətdir ki, yaşıllıqlar baxımsız qalıb. Yeni gələnlər də Talıbovdan qalma məcburi iməcilik ənənəsini davam etdirdiklərindən, üstünlüyü öz yeni salınan yaşıllıqlara verirlər.
25 ildən artıqdır hər şənbə, bazar və bayram günləri məcburi iməciliyə çıxarılan müəllim Vəli Dadaşov əməklərinin hədər getdiyindən gileylənir:
“Bu ağacların ərsəyə gəlməsində biz müəllimlərin, həkimlərin böyük əziyyəti, zəhməti olub. Elə indi də əlimizdən kürək, kərki düşmür. Uzun illər ərzində müəyyən qədər yaşıllıq zonası da yaradılıb ki, bunlar müəyyən nazirliklərin, idarə və müəssisələrin baxım səlahiyyətinə verilib. Daima su içə bilsinlər deyə bir çox ərazilərdə damcı sistemi də qurulub. Lakin, hakimiyyət dəyişikliyindən sonra ağaclar qurumağa başladı. Əslində suyun olmaması bəhanə edilsə də, ağacların qurumasına səbəb biganəlik və qulluğun göstəriməməsidir. Ən azı həftədə bir dəfə su olmayan əraziləri su maşınları ilə suvarmaq olardı.”
Dövlət idarələrindən birində işləyən Həsən Məmmədov da Naxçıvan-Sədərək magistral yolunun üzərində salınan bəzi yaşıllıqlarda ağacların qəsdən qurudulmasından gileylənir:
“Naxçıvan şəhərindən Sədərək istiqamətinə hərəkət edəndə yaşıllıqlar baxımsızlıqdan, susuzluqdan quruması gözlə görünür. Digər tərəfdən də insanlara boş ərazidə ting əkdirib pul silirlər. Əgər, illərin zəhməti hesabına əkilib, böyüdülmüş ağaclar qurumaq təhlükəsi ilə üz-üzədirsə yeni ərazilərdə ting əkdirməyin nə mənası var. Talıbovun zamanında idarələr rəhbərləri məcburi suvarırdılar. Çünki o, hər qurumuş ağaca görə hesabat istəyirdi. İndi idarə və müəssisələr könülsüz iş görür, vaxtında su vurmir, ağacların qurumasına çalışırlar. Tapşırıq var ki, yalnız yeni əkilən ərazilər suvarılsın. Bu yağışlı havalarda ağacları suvarmaq üçün su olmadığını deyirlər, ağaclara su vermirlərsə, demək yay aylarında ağacların çoxunun qurumaq riski var.”
"Gündəlik Naxçıvan"
Geri qayıt |