Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > ABSURD DALINCA ABSURD: nəqliyyatçıya maliyyə işləri həvalə olunur...
ABSURD DALINCA ABSURD: nəqliyyatçıya maliyyə işləri həvalə olunur...Dünən, 12:08 |
“Azəriqaz” İB əsas kadrlara sənin “ixtisasin düz gəlmir” cavabını verir, ancaq nəqliyyat mühəndisini maliyyə sektoruna müavin təyin edir. "DİA-AZ"ın məlumatına görə, bunu tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) sərdi Mirvari Qəhrəmanlı qeyd edib. SOCAR “Azəriqaz” İB-dəki yeni təyinatla bağlı danışan hüquq müdafiəşisi bildirib ki, yüzlərlə fəhlə, çilingər işdən haqsız yerə çıxarılır, ancaq rəhbər vəzifələrə yeni təyinatlar həyata keçirilir, deyə fikrinə davam edən NHMT sədri daha sonra bunları əlavə edib: “SOCAR “Azəriqaz” İB-də optimallaşdırma siyasati davam edir. Alt strukturlarda yüzlərlə fəhlə, çilingər, xadimə işdən azad edilir, yuxarılarda böyük məmnuniyyət hissi ilə təntənəli təyinatlar həyata keçirilir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunlarına çox vaxt “sənin ixtisasin düz gəlmir” cavabını verən “Azəriqaz” indi nəqliyyat mühəndisini Maliyyə sektoruna müavin təyin edir”. Geri qayıt |