Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > "Əgər qorumağı bacarmırsınızsa, deyin bilək..."
"Əgər qorumağı bacarmırsınızsa, deyin bilək..."Bu gün, 10:44 |
“Azərbaycan Beynəlxalq Bankı”na məxsuz kartınızda vəsait varsa, kartınızı müvəqqəti bloklasanız və ya onlayn əməliyyatlar üçün limit təyin etsəniz belə asanlıqla vəsait dələduzlar tərəfindən mənimsənilə bilər. Tribunainfo.az xəbər verir ki, bu sözləri sözügedən bank müştərisi Asim Məmmədli yazıb. O bildirib ki, çox təhlükəli hal yaranıb: “Necə ki, abunəlik üçün limitə uyğun 10 dəfə ödəniş çıxmır, bir dəfə çıxırsa, qoruya bilmirlərsə, hansısa dələduz da 10 dəfə yoxlasa, birində külli miqdarda vəsaitiniz mənimsənilə bilər. Çox təhlükəli haldır. Məsələ 200 manatda deyil, məsələ odur ki, limit təyin olunan kartdan dəfələrlə vəsait çıxa bilməsə də, anidən çıxılır. Operator isə limit təyin edin, bundan sonra çıxmasın məsləhətini verir. Bu necə bankdır, bu necə düşüncəli operatordur, bu necə ağlasığmaz haldır?? “Azərbaycan Beynəlxalq Bankı”nın maaş kartında onlayn əməliyyatlar üçün limit 2 AZN qoyulsa da, kartda balans olmaya-olmaya mənfi 203,56 AZN olub. Operatora başa sala bilmirəm, sualıma düzgün cavab verə bilmir ki, limit nə üçündür. Deyir ki, ödəniş çıxmasın deyə limit təyin edə bilərsiniz. Limit qoyduğum halda çıxıb. Əgər qorumağı bacarmırsınızsa, deyin bilək. Limit qoyulduqda çıxmamalıdır, balans yoxdursa, mənfiyə getməməlidir”. Geri qayıt |