Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > Sabunçu rayonunda tikintilər üçün qiymətlər artırılıb?
Sabunçu rayonunda tikintilər üçün qiymətlər artırılıb?30-07-2025, 17:40 |
Sabunçu rayonunda səkilərdə kafe, restoranların fəaliyyəti üçün, obyektin-evin artırılması, sənədsiz ev və obyekt tikntisinin qiymətinin qaldırıldığı bildirilir. ![]() Başçı müavinin qiymətləri qaldırması isə maklerlərin və bəzi vətəndaşların narazılığına səbəb olduğu deyilr. Qeyd edək ki, Ramil Əliyev müavin təyin olunmamışdan öncədə Sabunçu rayonunda qanunsuz tikintilərin bir hissəsinə nəzarət edirdi. ![]() Bildirək ki, Ramil Əliyev 2020-2025-ci illərdə isə Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsində çalışıb. 2025-ci ilin may ayında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib. İddia olunur ki, Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev rayon ərazisində “razılaşma” əsasında tikinti işlərinə Ramil Əliyevə tapşırıldığı qeyd olunur. Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmadı. Yazıda addrı keçənlərində mövqeyini dərc etməyə hazırıq. Xalq Geri qayıt |