Bakı sakini Nəzərova Aynur Nəcmi qızı Azərbaycanın I Vitse-Prezidenti Mehriban Əliyevaya müraciət edib. Anxeber.az-ın məlumatına görə, Aynur Nəzərova Suraxanı rayon Məhkəməsinin hakimi Leyla Talıbovanın çıxardığı qərardan şikayət edib və Mehriban Əliyevadan köməklik göstərilməsini istəyib. Onun sözlərinə görə, 2020-ci ildə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli massivində tikilmiş "Sahil-S İnşaat" MTK-ya məxsus binadan mənzil alıb. Bunun müqabilində 50 800 manat şirkətə ödəniş edib. Mənzil sahibi əlində original maliyyə arayış olduğunu qeyd edib. Lakin bir müddət sonra məlum olub ki, həmin mənzilə iddia edən tərəf ortaya çıxıb. Həmin şəxs Xudiyeva Nigar Akif qızıdır. Şikayərətçi Mehriban Əliyevaya müraciətində qeyd edib ki, Suraxanı rayon Məhkəməsinin hakimi Leyla Talıbova heç bir əsas olmadan sözügedən şəxsin - Nigar Xudiyevanın xeyrinə qərar çıxarıb, mənzilin ona aid olmasını müəyyən edib. Mənzilin əsl sahibi, əlində original maliyyə arayışı olan Aynur Nəzərova bildirib ki, qarşı tərəfin - yəni Nigar Xudiyevanın əlində heç bir maliyyə sənədi, arayışı yoxdur. Bununla belə Xudiyeva maliyyə arayışının surətini çıxararaq, faktiki saxtakarlığa yol verərək məhkəmənin onun xeyrinə qərar çıxarmasına nail olub. Şikayətçi bu qanunsuzluq və haqsızlıqda birbaşa hakim Leyla Talıbovanın rolu oynadığını söyləyib. Onun sözlərinə görə, hakim Talıbova əsassız, ədalətsiz qərar çıxarıb, bu da qanunsuzluğa yol verməkdir. Aynur Nəzərovanın sözlərinə görə, Mehriban Əliyevadan hakim Leyla Talıbovanın verdiyi haqsız qərar barədə araşdırma aparılmasına tapşırıq verməsini xahiş edib. Ümumiyyətlə, Suraxanı rayon Məhkəməsinin hakimi Leyla Talıbovanın belə bir yalanda iştirak etməsi qanunun aliliyinə tüpürmək, femidanı ayaqlar altına atmaq, saxtakarlığa şərik olmaqdır. Çünki Nigar Xudiyeva hakimə və bütövlükdə məhkəməyə mənzilin ona aid olduğuna dair heç bir sübut təqdim etməyib, yaxud edə bilməyib. Sadəcə, maliyyə arayışının surətini çıxararaq hakimə təqdim edib ki, bu da belə bir qərar çıxarılması üçün əsas və dəlil ola bilməz. Aynur Nəzərova - mənzilin gerçək sahibi isə maliyyə arayışının əslinə, realına sahibdir. Buna baxmayaraq, hakim Leyla Talıbova hansısa maraqdan irəli gələrək Nigar Xudiyevanın tərəfini saxlayıb. Ona görə də şikayətçinin yeganə ümid yeri Mehriban Əliyevadır və ondan dəstək, səsinə səs verməsini gözləyir. Eyni zamanda, hakimin bu məsələdə tutduğu mövqe ilə bağlı Ali Məhkəmə sədri İnam Kərimovun da təftiş edəcəyinə inanır. Yeri gəlmişkən, mediada hakim barəsində maraqlı məlumatlar da var. Belə ki, Leyla Talıbova bir gün belə hüquq sahəsində işləmədiyi halda, universitet diplomunu aldıqdan 14 il sonra, 2008-ci ildə birdən-birə Bakı şəhəri, Xətai rayon Məhkəməsinin hakimi təyin edilib. Daha sonra Suraxanı rayon Məhkəməsinə təyinat alıb. Hakimlik dərəcəsinə, məhkəmə sisteminə qədər isə 2004-2008-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsində qeyri-ixtisas üzrə məsləhətçi işləyib. Onun tamamilə başqa sahədən məhkəməyə gəlməsi suallar doğurur və karyera yüksəlişində siyasi dəstəyin olması ehtimalı ağıla gəlir.
Anxeber.Az
Geri qayıt
|