Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > "Ölkə İqtisadiyyatına vurulan bu ziyana görə kimlər cavabdehlik daşıyır? "

"Ölkə İqtisadiyyatına vurulan bu ziyana görə kimlər cavabdehlik daşıyır? "


6-01-2026, 12:45

"Köhnə neftçi yazdı və soruşdu ki..." "DİA-AZ" xəbər verir ki, bu başlıqla özünün sosial şəbəkə hesabında çıxış edən tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı olduqca ilginc faktları ictimailəşdirib. "DİA-AZ" NHMT sədrinə istinadla köhnə neft işçisinin müraciətini olduğu kimi təqdim edir:
"Məlum olduğu kimi, yaxin vaxtlarda ardarda Neft Daşlari, Günəşli və Qarabağ yataqlarindan nəql olunan magistral neft xəttində qəzalar baş vermişdir. Faktiki istismar quyulari bağlanmiş, neft tankerlər vasitəsilə nəql olunmaqdadir.
Hər il olduğu kimi SOCAR Baş Ofisindən, Azneft İB-dən dəniz obyektlərinə gələn yoxlamalar idarələrdə müxtəlif növ nöqsanlar axtarir, idarə rəislərini, xidmət və sahə rəislərini ürək ağrisina salacaq qədər onlardan bir sira standartlar və sair tələblər barədə xidməti yazilar, hesabatlar hazirlayaraq inzibati tənbehlər, əmək haqqindan tutulmalar, tutduğu vəzifədən azad edirlər və s. Paralel olaraq neftin sutkaliq hasilatinda müəyyən səbəblərdən zəifləmə olan kimi bütün məsul şəxslər istirahət vaxtlari olsa da belə (gecə-gündüz fərqi yoxdur) sahələrə çixarilir, Əmək Məcəlləsinə zidd olan iş rejimi ilə demək olar ki istismar olunurlar. Bu cür münasibət təbii ki, ziyansiz sovuşmur, stress, əsəb, danlaq, yuxusuzluq insanlarin sağlamliğina, psixoloji-emosional durumlarina cox çiddi fəsadlar verməkdədir.
Yaxşi, bəs bütün bu əziyyətlərin, bu səylərin müqabilində sual olunur: Magistral neft xəttinin qəzali vəziyyətə düsməsi, minlərlə barrel hasilatin məcburən dayandarilmasi, qərarlaşmiş yüksək məhsuldarliqli neft quyulari bağlandiqdan sonra onlarin lay rejimlərində mənfiyə doğru dəyisikliklərin baş verməsi və ən nəhayət məsul şəxslərin öz vəzifələrinə səhlənkar yanaşmalarina, qeyri-peşəkarliğina görə Ölkə İqtisadiyyatina vurulan bu ziyana görə kimlər cavabdehlik daşiyir? Magistral xəttlərin sinanmasina, texniki vəziyyətinə, cari və əsasli təmirinə, ümumiyyətlə bu qurumlara kuratorluq edənlər var ya yox?
Kim məsulliyət daşiyacaq bu nöqsanlara görə?
Ən maraqlisi odur ki, görəsən bu işlərə cavabdeh olanlar öz xətalarini Prezident İlham Əliyev cənablarina necə izah edirlər?
Qəribədir həqiqətən də... Nəhəng dövlətlərin Avropa neft bazarina həsrət qaldiği bir vaxtda bu qədər məsuliyyətsizliyə görə heç kim, heç nəyə cavabdehlik daşimir.
İllərdir təmtəraqli, pafoslu "İSO", "5S", "DOWNSTREAM", "UPSTREAM", "MIDSTREAM", "PETREL və TECHLOG vorkşoplari", "HASILAT və ƏMƏLİYYATLAR-İNNOVASİYA və DAYANİQLİQ İLƏ SƏMƏRƏLİLİYİN ARTİRİLMASİ PANELİ", " ELEKTRON İCAZƏ SİSTEMİ (eCow) daha nələr nələr, "HƏDƏFLƏR", "STRATEGİYALAR", Qazlift hasilat üsulundan - Mancanağa, Mancanağdan - Dərinlik Dalma Nasoslarina, ŞDN, MDN və sairə və ilaxir. Bütün bu layihələrə, bütün bu tədbirlərə ayrilan milyonlarla manat pullar və vəsaitlər. Bu qədər sonsuz bucaqsiz mənasiz-mənasiz xərclərin qarşiliginda nə əldə olunub?
Həmin pullara 2 qoşa magistral neft xəttini yer kürəsinin ekvatoru boyunca 50 dəfə dövrə vurmaq olardı".

Geri qayıt