Əsas Səhifə > Üçüncü sektor / Güney Press / Manşet > "Niyə axı məhsul almağa görə boşuna vergi tutulsun...."

"Niyə axı məhsul almağa görə boşuna vergi tutulsun...."


8-01-2026, 11:44

"Deməli, #Aliexpressdən məhsul almışıq, #Kapitalbank kartından ödəmə etmişik..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.

Narazı vətəndaş daha sonra bildirir: "Ödəniş ediləndə bank əlavə 18 faiz vergi də tutdu. Banka zəng etdik, dedilər məhsul alış-verişində 18 faiz tutulmur, sistem ola bilsin xidmət ya məhsul olduğunu anlamayıb, tutub, sizin üçün disput linki göndərəcəyik, oradan screenlər yollayın, həll olunar. Göndərdik "screen"ləri. Amma bu dəfə də başladılar ki, "Aliexpress"dəki screenlərdə məhsulu aldığını kartın son 4 nömrəsi və məbləğ birlikdə görünməlidir. Məsələ də ondadır ki, "Aliexpress"də belə bir səhifə yoxdur. Yəni, elə şey görünmür. Yalnız məbləği görmək olur, kart nömrəsi görünmür. "Aliexpress"ə də yazdıq, onlar da dedilər ki, təhlükəsizlik məqsədilə, elə şey mümkün deyil. Kim belə halla üzləşib? Çarə nədir? Tutulan ƏDV məbləği az olmadığı üçün bu məsələnin üstünə düşmüşük. Həm də maraqlıdır ki, niyə axı məhsul almağa görə boşuna vergi tutulsun..."


Geri qayıt