Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > Bakının dərdi var, Bakı susuzdur...
Bakının dərdi var, Bakı susuzdur...18-01-2026, 11:53 |
|
Əslində rəsmi etiraf geciksə də, ölkədə az qala hər kəs bu böhranlı durumdan halidir. Çünki birbaşa olaraq bu böhranı həyatımızda hiss edirik. ADSEA şefi Zaur Mikayılovun həmin müşavirədə hansı həqiqətdən uzaq rəqəmlərə istinad etməsinə baxmayaraq... Biz elə "DİA-AZ" olaraq, bizə yazan Bakı sakinlərinin bəzilərinin gileylərini təqdim edirik ki, məsələ tam aydın olsun... Təbii ki, əlaqədar qurum və şəxslər üçün... Beləliklə... (Şikayətçilərin yazdıqlarını olduğu kimi təqdim edirik... Redaktə etmədən... Zatən fikirlər anlaşılır...): *** 1: Xətai rayonunda Rahib Məmmədov küçəsində 3,4 aydır hər həftə 2 gün su gəlmir ,955qaynar xətt isə ,,qəza,,baş verib deməklə yalan məlumat verir. Bundan da danışsın görək ,,qəza,,nə vaxt yekunlaşacaq... *** 2: Bakının Səbail rayonunda bir gündən bir 4-5 saat su verilir. Həm də səhər hamı işdə olarkən... *** 3: Bakinin Goredil kendinde heftede 3 defe,3-4 saatliq su verilir... *** 4: Hokmeli qesebesine su heftede bir defe verilir... *** Hər halda hər şey gün kimi aydındır. Tək qalanı tədbir görməkdir. Çünki insanlarımız narazıdır. Bu narazılığı yaradan məmurlar isə cəzalandırılmalıdır... Necə ki elə bir neçə gün əvvəl 47 gün Nəsimi rayon icra başçısı postunda duruş gətirən Elxan İbrahimov kimi .. Geri qayıt |