Əsas Səhifə > Üçüncü sektor / Manşet > Fəda Abbasovun adamları dövləti talayıb, bədəlini kəndlilərə ödətdirir...
Fəda Abbasovun adamları dövləti talayıb, bədəlini kəndlilərə ödətdirir...11-02-2026, 13:18 |
|
Bu qəbildən olan növbəti şikayəti təqdim edirik... "DİA-AZ"a yazan narazı vətəndaş şok faktları açıqlayaraq bildirir: "Mən Vəliyev Novruz Paşa oğlu Qazax rayonunun Daş-Salahlı kəndində yaşayıram. Mənə məxsus evimdən 88 baş xırda buynuzlu heyvanlarım Kənd Təsərrüfatı Nazirliyinə məxsuz “Azəraqrar Dövlət İstehsalat və Birliyi” MMC-nin dələduzları mənimsənilib. Mənə məxsus olan heyvanlar Ağstafa rayonu ərazisindəki Ceyrançöl deyilən yerdə olan 8 nömrəli fermaya aparılıb. Sonradan aydın olur ki, sən demə, bu işi təşkil edənlərin 620 baş heyvan əskiyi olub və buna görə də mənimlə bərabər daha bir neçə nəfərin heyvanını aldadaraq ələ keçirib, dövlətin heyvanı kimi təqdim ediblər. Bu işdə xüsusi olaraq iştirak edənlər “Azəraqrar Dövlət İstehsalat və Birliyi” MMC-nin nümayəndəsi kimi çıxış edən Əzim və Əziz qardaşlarıdır ki, onlar da vəzifəli şəxs olan Elmanın qaynı Nöfəllə birgə heyvanlarımızı aparıblar və bizə pul vədi veriblər. Geri qayıt |