Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > Dəmiryolçuların müstəqil həmkarlar ittifaqı komitəsində nə baş verir?
Dəmiryolçuların müstəqil həmkarlar ittifaqı komitəsində nə baş verir?12-02-2026, 11:52 |
|
"Məlum olub ki, bu yaxınlarda Sumqayıt şəhərində Azərbaycan Dəmir Yolları QSC-nin əməkdaşları üçün inşa edilmiş yaşayış binasında mənzil növbəsinə durmuş əməkdaşlara mənzillər veriləcəkdir. Lakin, Azərbaycan Dəmir Yolları QSC-nin İnfarstruktur Departamentinin 1 nömrəli H.Z.Tağıyev işarəvermə və rabitə sahəsində 15 nömrəli protokol nömrəsi ilə 20.09.1996 ildə təsdiq olunmuş siyahıya qanunsuz dəyişikliklər edilib..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: "Belə ki, müxtəlif illərdə iş yerində vahid mənzil qeydiyyatına qəbul üçün növbəyə durmuş əməkdaşların adları siyahıdan çıxarılıb. Səbəbi isə məlum deyil. Bir neçə ay öncə İnfrastruktur Departamentinin birləşmiş həmkarlar ittifaqı komitəsinin sədri Namaz Nəzərov və 1 nömrəli H.Z.Tağıyev işarəvermə və rabitə sahəsinin əməkdaşı Almaz Əliyeva tərəfindən həmin siyahı yenidən tərtib edilmiş və əməkdaşların xəbəri olmadan adları həmin siyahıdan çıxarılmışdır. Sahə üzrə 16 nəfər işçinin adı daxil edilərək Sumqayıt İcra hakimyyətinə təqdim edilmişdir. İşçilər həmkarlar İttifaqına müraciət edərək hansı səbəbdən adlarının siyahıdan xaric edildiyini xəbər aldıqda, müxtəlif bəhanələr gətirilmiş, lakin rəsmi cavab verilməmişdir.
Beləliklə, korrupsiyaya bulaşmış qadına siyahını tərtib etməyə həvalə ediblər. Necə deyərlər “quzunu qurda tapşırıblar”. Çox guman ki, bunu bilərəkdən ediblər. Aidiyyatı qurumlar buranı araşdrmalıdır, bu mənzillər kimlərə, nəyin müqabiləndə verilir?! Ümumiyyətlə həmkarlar fonduna köçürülən külli-miqdarda vəsait hara xərclənir? İşçinin əmək haqqından hər ay pul tutulur, amma işçi ərizə ilə müraciət edib maddi yardım istədikdə ona verilmir. Bəs bu yığılan vəsait hara xərclənir? “Həmkarlar İttifaqları” haqqında qanunda deyilir ki, həmkarlar təşkilatı müstəqil qurumdur. Lakin, illərdir bu qurum yalan əmrlərə imza atır, insanları aldadır. Həmkarlar Təşkilatı heç bir idarədə işəgötürənin razılığı olmadan özünə sədr seçə bilmir. Həmkarlar təşkilatı sadəcə olaraq işəgötürənin qeyri-rəsmi strukturudur. Buna görədə öz işlərini Almaz Əliyevaya həvalə etmələridə bunun bariz nümünəsidir. Nə qədər ki, Həmkarlar İttifaqları buraxılmayıb, işəgötürən istədiyini edəcək”. Məsələ diqqətimizdədir... Geri qayıt |