Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > 1500-dən artıq işçi qanunsuz olaraq işə cəlb olunub...

1500-dən artıq işçi qanunsuz olaraq işə cəlb olunub...


1-03-2026, 07:04

"Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165-ci maddəsi: İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ya ümumxalq hüzn günü, eyni zamanda 5 günlük və ya 6 günlük iş rejimində iş günü hesab edilməyən şənbə və ya bazar günü işəçağırılan işçinin görülən işə görə əməkhaqqı - gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla ödənilir..." "DİA-AZ" xəbər verir ki, bu xatırlatmanı "Yaddaşı zəif olan məsul şəxslərə yada salma" başlığı altında özünün sosial şəbəkə hesabında paylaşan tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı daha sonra bildirir:
"Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164.2-ci maddəsi: İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. ✅ İşçinin arzusu ilə, sizin yox!"

Qeyd edək ki, bu paylaşımı ilə diqqətə gələn NHMT sədri "Azəriqaz" işçilərindən birinin müraciətini də ictimailəşdirib.
İşçi yazır: "28 fevral və 1 mart tarixlərində Azəriqaz İB -nin Regional Qaz İstismarı İdarələrinin rayon Xidmət Sahələrinin Sayğac əməliyyatları xidmətinin 1500-dən artıq əməkdaşı qeyd olunan günlərdə əlavə iş günü kimi rəsmiləşdirilmədən və işə başlamazdan əvvəl müvafiq təlimatlandırma aparılmadan məcburi qaydada işə cəlb edilmişdir..."
Bu faktı qanun pozuntusu kimi dəyərləndirən Mirvari Qəhrəmanlı məsul şəxslərə xitabən daha sonra əlavə edir: "Yuxarıda qeyd etdiyim qanunları pozduqda isə cəzalanmalısınız... Amma sizlərə heç vaxt heç bir cəza tədbiq etmirlər.
Niyəsini isə ...........?!"


Geri qayıt